Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qrizmann Messinin rekordunu qırdı

Qrizmann Messinin rekordunu qırdı

Tarix: 30 Mart 2025 09:32

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann keçirdiyi matçların sayına görə əcnəbi futbolçular arasında La Liqa rekordçusu olub.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, məlumatı "Opta Sports" yayıb.

Statistik portalın hesablamasına görə, İspaniya çempionatının 29-cu turunun "Espanyol"la qarşılaşması 34 yaşlı fransalının karyerasında 521-ci olub və bu, onu yeni rekordçu edib. Qrizmann İspaniya elitasında 520 oyun keçirən Lionel Messinin nailiyyətlərini üstələyib.

Qeyd edək ki, Antuan üç klubun tərkibində bu həddə çatıb. O, karyerasına "Real Sosyedad"da başlayıb, daha sonra "Atletiko"ya keçib, sonra "Barselona"ya keçib və 2021-ci ildə Madrid klubuna qayıdıb.

Antuan Qrizmann La Liqada 521 matçda 198 qol vurub və 95 məhsuldar ötürmə edib.


Etiketlər:  Qrizmann Messinin rekordunu qırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ