Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Səbail''dən Rahidə yeni müqavilə

''Səbail''dən Rahidə yeni müqavilə

Tarix: 8 May 2019 18:36

Mövsümün sonunda "Səbail"lə müqaviləsi başa çatacaq Rahid Əmirquliyev komandadan ayrılmayacaq.

Bu barədə yarımmüdafiəçi özü Qol.az-a məlumat verib. Futbolçunun sözlərinə görə, artıq ona yeni müqavilə təklif olunub:

"Çox güman ki, "Səbail"də qalacağam. Rəhbərliklə danışıb, razılaşmışam. Yalnız məsələni rəsmiləşdirmək qalıb. Bu da 4-5 günə öz həllini tapacaq. Daha bir il bu komandanın formasını geyinəcəyəm".

Qeyd edək ki, Rahid "Səbail"ə bu mövsümün əvvəlində "Qarabağ"dan keçmişdi.
 


Etiketlər:  Səbaildən Rahidə yeni müqavilə


RƏYLƏR