Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2025 21:00
Azərbaycana 2012-ci ilə "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal açıqlaması ilə gündəmə səs salıb.
Sonxeber.net bildirir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi bildirib ki, illər əvvəl dahi bəstəkar Qara Qarayev onun nənəsinə elçi gedib.
"Hər şeyi dəqiq bilmirəm. Bunu mənim atam tərəf daha yaxşı bilir. Bilirəm ki, onlar arasında bir yaş fərq olub. Nənəm 1917-ci ildən idi, Qara Qarayev isə 1918-ci ildən. Əgər səhv etmirəmsə anasının adı Sonaxanım idi. Bilirəm ki, onlar nənəmə elçi gəlmişdirlər. Nənəmin valideynləri daha bəstəkar Üzeyir Hacıbəyov ilə qonşu olublar. "Sovetski" adlanan ərazidə yaşayırdılar. Nənəm niyə bu elçiliyə razı olmayıb məsələsini dəqiq bilmirəm. Nənəm çox gözəl xanım idi", - deyə Nigar vurğulayıb. /olay.az