Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2025 00:02
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Sonxeber.net xəbər verir ki, Meşvildişvili final görüşündə son saniyədə işlətdiyi 4 xallıq fəndlə gürcüstanlı Solomon Manaşviliyə (7:7) qalib gələrək Avropa çempionu olub.
Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalıdır.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.