Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2025 15:25
Avstraliyalı model Lüsi Markoviç 27 yaşında vəfat edib.
Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, bu haqda "Deadline" nəşri məlumat verib.
İtalyan moda evi "Versace" ilə əməkdaşlıq edən Lüsinin ölüm səbəbi nadir xəstəlik - arteriovenoz malformasiya olub.
Ölümündən bir ay əvvəl həkimlərin qoyduğunu diaqnoz haqqında söz açan podium ulduzu bildirib ki, xəstəlik səbəbi ilə beynindəki şiş qolf topunun ölçüsünə qədər böyüyüb. Bundan sonra Lüsidə "sudurqa" (qıcolma - red.) əmələ gəlib.