Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2025 08:10
Müğənni Manaf Ağayev qalmaqallı açıqlamalar verib.
Sonxeber.net xəbər verir ki, Manaf bəstəkar mahnısı ifa etməməsindən danışıb:
"İstəmirəm ki, kimlərinsə adını çəkim. Amma sənətkarlar tanıyıram ki, ona-buna kartını göndərir, deyir "pul at". O sənətlə acından ölürəmsə, nə edim onu? 4 nəfərin adını çəkərəm. Bizdə tələbat yoxdur.
Bəstəkar mahnısı oxuyum, acından ölüm?
Böyük çıxsa da deyəcəyəm. Cəmiyyətdə hörmətim, adım-sanım var, sayılıb-seçilirəm, övladlarımın hamısını yerbəyer etmişəm, təhsil alıblar, hamısına ev almışam. Bunlar oxuduğum mahnılara görə olub ki, Xalq tərəfindən sevilir.
Bəstəkar mahnısı konsertdə olar, toyxanada yox. Mənə indiyə qədər toyda deməyiblər ki, bəstəkar mahnısı oxu. Toya işləməyən adamlar sənətdən danışırlar". (Bizim.Media)