Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İZ Community tərəfindən təşkil olunan ''Squeeze the Moment'' adlı 10-cu yubiley yarmarka-vorkşopu baş tutacaq

İZ Community tərəfindən təşkil olunan ''Squeeze the Moment'' adlı 10-cu yubiley yarmarka-vorkşopu baş tutacaq

Tarix: 3 Iyun 2025 13:27

5 və 6 iyun tarixlərində, saat 12:00-dan 20:00-dək Bakıda Rəna Nəcəfzadə-Səadəddinovanın rəhbərlik etdiyi qadınlar cəmiyyəti  İZ Community tərəfindən təşkil olunan "Squeeze the Moment" adlı 10-cu yubiley yarmarka-vorkşopu baş tutacaq.

Giriş sərbəstdir.

Bu illik tədbir inkişaf, ilham və səmimi ünsiyyət axtaran yüzlərlə qadını bir araya gətirir.

Tədbir şəhərin ən ab-havalı məkanlarından biri olan "Gizli Bahçe"-də keçiriləcək və yerli, eləcə də beynəlxalq brendləri birləşdirəcək - dizayner geyimləri və aksesuarlarından tutmuş kosmetika, keramika və dekor məhsullarına qədər.

Qonaqları limon mövzulu master-klaslar, yay ab-havalı fotosahələr, musiqi proqramı və tanınmış media simaları ilə canlı diskussiya gözləyir.

"Bizim üçün ən vacibi - hər bir qadının özünü ifadə edə biləcəyi, işini tanıdacağı və həmfikir qadınlarla tanış olacağı bir mühit yaratmaqdır. Biz ilk addımlarını atan sahibkar qadınlara və startapçılara dəstək oluruq", - deyə İZ Communitynin təsisçisi Rəna Nəcəfzadə-Səadəddinova bildirib.

İZ Community bu günə qədər 6000-dən çox aktiv iştirakçı, 450-dən artıq tədbir və 15 000-dən çox ziyarətçi ilə böyüməyə davam edir.


Etiketlər:  Community tərəfindən təşkil olunan Squeeze Moment adlı yubiley yarmarka vorkşopu baş tutacaq


RƏYLƏR