Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Spaletti bu klubu çalışdıracaq

Spaletti bu klubu çalışdıracaq

Tarix: 14 Iyun 2025 17:48

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Luçano Spalettini yeni baş məşqçi etmək niyyətindədir.

Sonxeber.net xəbər verir ki, 66 yaşlı italiyalı Stefano Piolini əvəzləyəcək namizədlər siyahısına başçılıq edir. Məlumata görə, Piolinin Fiorentina"nın keçmə ehtimalı var.

Tezliklə Spaletti üçün rəsmi təklifin ediləcəyi gözlənilir. Ərəblər ona vergidən sonra ildə 12 milyon avrodan yüksək maaş təklif etməyə hazırdırlar ki, bu da Piolinin qazandığı məbləğdir.

Mütəxəssisin təklifi qəbul edəcəyi və ya Avropanın ən yaxşı klublarından seçim gözləyəcəyi hələ məlum deyil. Bununla belə, "Əl-Nəsr" ciddi maliyyə arqumentləri ilə məşqçini razı salmağa çalışacaq.

Xatırladaq ki, Spaletti bir müddət əvvəl İtaliya millisinin baş məşqçi postunu tərk edib. /Lent.az 


Etiketlər:  Spaletti klubu çalışdıracaq


RƏYLƏR