Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yazıb ki, sənin balan ölsün'' - VİDEO

''Yazıb ki, sənin balan ölsün'' - VİDEO

Tarix: 19 Iyun 2025 12:35

Müğənni Zahidə Günəş açıqlaması ilə diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, ifaçı onun övladına sosial şəbəkədə qarğış yazan izləyicidən danışıb.

Sənətçi şikayət etdiyini və həmin qadının tapıldığını bildirib: 

"Mənə yazıblar ki, sənin balan ölsün. Bu sözü saxladım, səhərin açılmağını gözlədim. Gedib ərizə yazdım. O adam tapılmalı idi. Mən öz balamla yaşayıram. Heç kimin ailəsini dağıtmamışam. Niyə övladıma qarğış edirsən? 3-4 saata zəng elədilər ki, gəlin, tapılıb. Gördüm ki, tanımdığım xanımdır. Əri ilə gəliblər. O sözləri mənə yazmamışdan iki gün öncə həyat yoldaşı mənimlə toyda şəkil çəkdirib. Sən demə, əri fanatımdır. Maşında mahnılarımı dinləyir. Efirdə də görəndə izləyir. Həyat yoldaşı təsadüfən şəkil çəkdirib, arvadı da görüb, qısqandığından elə yazıb". 

Musa


Etiketlər:  Yazıb sənin balan ölsün VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ