Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ətək geyindiyim üçün Lider TV-də maaşımı kəsmişdilər''

''Ətək geyindiyim üçün Lider TV-də maaşımı kəsmişdilər''

Tarix: 1 Iyul 2025 19:30

Amerikada yaşayan azərbaycanlı aparıcı Günel Musəvi Səxavət Nurun "Americano" yutub layihəsinin qonağı olub.

Milliz xəbər verir ki, keçmiş teleaparıcı ABA-da və Lider TV-də çalışdığı illəri yada salıb.

"İndiyənə qədər Azərbaycanda heç nə dəyişməyib. Aparıcılara dəyər verilmir. Özfəaliyyətdir, kanallarımızda peşəkarlıq yoxdur. ABA-dan sonra Lider TV-yə getdik. Oranın reytinqini qalıdırdıq. İnsanlar ancaq Lider TV-yə baxdı, nə qədər sponsor gəldi, pullar qazanıldı. Amma maaşlar qalxdı? Yox, maaş verəndə işçiləri sıraya düzürdülər. Gec verirdilər. Bir dəfə maaşımı kəsdilər, ətək geyinmişdim. 300 dolların nəyini kəsirdiniz? Deyirdilər, sənə ətək geyinmək olmaz, sən oğlansan. Qeyri-peşəkar şirkətdə işləyirdim: ABA, Space TV. Aparıcılara, işçilərə heç bir təcrübə keçmirdilər. Bizi ildə bir dəfə başqa aparıcıların yanına təcrübə keçməyə göndərməli, danışıq koçu tutmalı idilər. Burada baxıram aparıcı üzərində kimlər çalışır. Bizdə mikrofonu verirlər ki, get aparıcılıq et. Mənə deyirdilər, Günel şitlik edir, atdanıb, düşür. Mən bilmirdim nə edirdim. Qonağın bioqrafiyasını göstərmirdilər. Özüm tapırdım, oxuyurdum".


Etiketlər:  Ətək geyindiyim üçün Lider maaşımı kəsmişdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ