Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur futbolçu bu VİDEOsuna görə komandadan QOVULDU - FOTO

Məşhur futbolçu bu VİDEOsuna görə komandadan QOVULDU - FOTO

Tarix: 5 Iyul 2025 15:36

Almaniyanın "Borussiya Mönhenqladbax" klubu yarımmüdafiəçi Florian Noyhausu sərxoş vəziyyətdə yayılan video səbəbindən 4 həftəlik əsas komanda fəaliyyətlərindən uzaqlaşdırıb.

Sonxeber.net xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, klub rəhbərliyi Noyhausu 1 ay müddətinə futboldan uzaqlaşdırıb. Buna səbəb Mayorkada futbolçunun sərxoş vəziyyətdə çəkildiyi video olub. Noyhaus klubun azarkeşləri ilə danışıb və maaşı ilə bağlı zarafat edib. 

Futbolçu "Borussiya"nın idman direktoru Roland Virkus haqqında da mənfi fikirlər səsləndirib və onu dünyanın ən pis məşqçisi adlandırıb. 

Klub rəhbərliyi davranışı komanda dəyərlərinə zidd hesab edərək Noyhausu 100 min avro cərimələyib.

Qeyd edək ki, Florian Noyhaus 2017-ci ildən bəri "Borussiya"da çıxış edir. Bu müddət ərzində 220 oyunda 26 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Müqaviləsi 2027-ci ilin iyun ayına qədər qüvvədədir, bazar dəyəri isə 3,5 milyon avro olaraq qiymətləndirilir.

Fidan


Etiketlər:  Məşhur futbolçu VİDEOsuna görə komandadan QOVULDU FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ