Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2025 22:14
"Bavariya" klubu ciddi itki ilə üzləşib.
Sonxeber.net xəbər verir ki, Münhen təmsilçisinin aparıcı futbolçusu Camal Musiala sıradan çıxıb.
22 yaşlı yarımmüdafiəçi FİFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində PSJ-yə qarşı keçirilən görüşdə zədələnib.
Almaniya millisinin üzvü matçın gedişində rəqib qapıçı Cianluici Donnarumma ilə toqquşma nəticəsində ayağını sındırıb. Musiala meydanı xüsusi xərək vasitəsilə tərk edib.