Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2025 00:48
İtaliyalı məşqçi Karlo Ançelottinin oğlu Davide Ançelotti Braziliyanın "Botafoqo" klubunun baş məşqçisi təyin olunub.
Sonxeber.net xəbər verir ki, 35 yaşlı Davide ilə 2026-cı ilin dekabrına qədər müqavilə imzalanıb. Bu, onun məşqçilik karyerasında ilk böyük baş məşqçi vəzifəsidir.
Daha əvvəl o, atasının köməkçisi kimi Bayern Münhen, Napoli, Everton və Real Madrid kimi nüfuzlu klublarda çalışıb. Son olaraq Braziliya millisində də atasının yanında köməkçi məşqçi olub. "Botafoqo" klubu keçən mövsüm Braziliya çempionu və Copa Libertadores qalibi olub. Davide Ançelotti həmçinin Braziliya millisindəki köməkçi məşqçi vəzifəsini də davam etdirəcək. Klub rəhbərliyi onun təcrübəsinin komandaya fayda verəcəyinə inanır.