Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ona ehtiyacım var, barışmaq istəyirəm''

''Ona ehtiyacım var, barışmaq istəyirəm''

Tarix: 9 Iyul 2025 03:05

Aparıcı Elgiz Əkbər küsülü olduğu müğənnidən danışıb.

Sonxeber.net axşam.az-a istinadla xəbər verir ki, o, "Elgizlə izlə" verilişində həmin şəxsin adını çəkməsə də, onunla barışmaq istədiyini bildirib:

"Mən onu çox sevirəm. Onunla barışmaq istəyirəm. Çünki ifasından xoşum gəlir. İndi aramız bir az dəyib. Mənim 15 tanışım varsa, hardansa onların nömrəsini tapıb, mənə zəng etdirirdi. Həmin vaxtlarda da yeni səhnəyə çıxmağa başlamışdı. Deyirdim ki, gəlsin. Özünün də istedadı var. Reklam qazanandan sonra tədbirlərin birində pilləkənlərdə onunla rastlaşdım, salam verdi və getdi. İstəyirdim ki, hal-əhval tutum. Artıq onun mənə ehtiyacı yoxdur, hətta heç kimə yoxdur. Amma mənim ona ehtiyacım var, həyata baxın. Çünki seviləndir, insanlar onu çox istəyir, ifaları maraqlıdır, reytinqlidir. Baxın, həyat budur".


Etiketlər:  ehtiyacım barışmaq istəyirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ