Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kart oğurluğu təkcə texniki deyil, psixoloji yolla da həyata keçirilir” - Ekspertdən açıqlama

“Kart oğurluğu təkcə texniki deyil, psixoloji yolla da həyata keçirilir” - Ekspertdən açıqlama

Tarix: 9 Iyul 2025 12:12

Rəqəmsal ödənişlərin sürətlə artdığı dövrdə kart oğurluğu halları da çoxalmaqdadır.

Texno-ekspert İlqar Şabanov Sonxeber.net-a açıqlamasında bildirib ki, bank kartı məlumatlarının oğurlanması həm fiziki cihazlar, həm də kiber fırıldaqçılıq üsulları ilə mümkün olur. 
Onun sözlərinə görə, kart oğurluğu əsasən bu yollarla həyata keçirilir:

Məsələn, fiziki ATM və POS terminallarına gizli "skimming" qurğuları yerləşdirilərək kart məlumatları kopyalana bilər. Bundan əlavə, bank adı ilə göndərilən saxta SMS və e-poçt vasitəsilə istifadəçilər aldadılır, məlumatları fırıldaqçılara ötürülür. Eyni zamanda, telefon və ya kompüterə yüklənən zərərli proqramlar kart məlumatlarını oğurlamaqda geniş istifadə olunur. Sosial mühəndislik üsulları ilə fırıldaqçılar özlərini bank işçisi kimi təqdim edərək birbaşa istifadəçidən məlumat almağa çalışırlar. İnternetdə isə etibarsız saytlar vasitəsilə onlayn alış-veriş zamanı kart məlumatlarının sızdırılması halları çoxalıb.

Ekspert tövsiyə edir ki, kart məlumatlarınızı paylaşmayın, yalnız rəsmi saytlardan istifadə edin, bildirişləri aktiv saxlayın və bankla birbaşa əlaqə saxlamadan heç bir məlumat verməyin.


Etiketlər:  Kart oğurluğu təkcə texniki deyil psixoloji yolla həyata keçirilir Ekspertdən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ