Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2025 10:02
Daha əvvəl borcları səbəbindən Fransa Liqa 1-dən düşəcəyi gözlənilən "Lion" komandası çempionatdakı yerini qoruyub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, klubun yeni rəhbərliyinin apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalması təsdiqlənib.
Bir müddət öncə Lion təmsilçisinin yeni prezidenti xanım Mişel Kanq olub.
"Lion" ötən mövsüm Liqa 1-də 6-cı yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, Fransa klublarının maliyyə hesabatlarına baxan Milli Nəzarət və İdarəetmə Direktorluğu klubun borcunun olması səbəbindən ikinci liqaya göndərilməsi barədə qərar qəbul etmişdi.