Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2025 15:42
"Qarabağ" və "Dinamo"(Zaqreb) klubları arasında mərakeşli müdafiəçi Sami Mmaenin gözlənilən transferi ilə bağlı razılaşmanın detalları məlum olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 28 yaşlı stoper icarə əsasında ölkə çempionunun formasını geyinəcək.
Mmaenin "Dinamo"dakı maaşı yüksək (illik 800 min avro) olduğu üçün "Qarabağ"la razılıq əldə edib.
Belə ki, mərkəz müdafiəçinin illik maaşının 70 faizini (560 min avro) Ağdam təmsilçisi, qalanını isə Zaqreb klubu ödəyəcək. Mmaenin "Dinamo" ilə müqavilə müddəti 2027/28 mövsümünün sonuna kimi hesablanıb.