Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' Osimhenə görə böyük məbləğ ödəyəcək

''Qalatasaray'' Osimhenə görə böyük məbləğ ödəyəcək

Tarix: 19 Iyul 2025 19:10

İtaliyanın "Napoli" klubu ilə "Qalatasaray" Viktor Osimhenin 75 milyon avroluq transfer qiyməti barədə razılığa gəliblər.

Sonxeber.net xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Mənbə iddia edir ki, İstanbul nəhəngi transfer üçün ilkin olaraq 40 milyon avro, gələn yay isə 35 milyon ödəyəcəyinə zəmanət verib.

Eyni zamanda, oyunçunun müqaviləsinə diqqətçəkən bir şərt də əlavə edilib. Belə ki, Viktor Osimhen növbəti iki il ərzində İtaliya çempionatına qayıda bilməz.

Qeyd olunur ki, hazırda transferin son şərtləri razılaşdırılır.

 


Etiketlər:  Qalatasaray Osimhenə görə böyük məbləğ ödəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ