Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun

Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun

Tarix: 19 Iyul 2025 19:18

İstəyirik ki, iqtisadi əməkdaşlıq təşkilatı daha güclü olsun, daha effektiv olsun.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.

"Əlbəttə ki, biz ölkələrin potensialını da bilirik, daha fəal olanlar var. O qədər də fəal olmayan digər ölkələr daha çox ikitərəfli formata üstünlük verirlər", - deyən dövlətimizin başçısı bildirib ki, biz çoxtərəfli formatın da işləməsini istəyirik. "Beləliklə, ümid edirik ki, Azərbaycanın göstərdiyi səylər yüksək dəyərləndiriləcək. İndi Azərbaycan sədr kimi öz öhdəliklərini yerinə yetirir. Əminəm ki, bunlar da uğurlu olacaqdır", - deyə Prezident əlavə edib.


Etiketlər:  Prezident İstəyirik İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü daha effektiv olsun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ