Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 14:06
Bakı. Trend:
Latviya Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Latviya Milli Kitabxanasını ziyarət edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarovu Milli Kitabxananın direktoru Andris Vilks qarşılayıb. Kitabxana haqqında məlumat verən A.Vilks Xarici İşlər nazirinə kitab hədiyyə edib.
Nazir Elmar Məmmədyarov Latviya Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında daimi təmasların xalqlararası əlaqələrə töhfə verəcəyini qeyd edib. Öz növbəsində nazir, Latviya Milli Kitabxanasına Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr edilən kitabı hədiyyə edib.
Nazir, həmçinin Kitabxanada yaradılmış və ölkəmizə həsr edilmiş müxtəlif kitablardan ibarət daimi Azərbaycan guşəsi ilə tanış olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin