Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı - VİDEO

Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı - VİDEO

Tarix: 22 Iyul 2025 09:30

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni "Truth Social" platformasındakı hesabında paylaşıb.

Sonxeber.net xəbər verir ki, paylaşımda Prezident İlham Əliyevin Tramp haqqında söylədiyi müsbət fikirlərə yer verilib.

Forum zamanı çıxış edən Azərbaycan Prezidenti qeyd edib:

"Mən Trampın seçkidə qalib gələcəyini proqnozlaşdırmamışdım. Sadəcə olaraq bildirmişdim ki, onun bizim kimi ailə və digər fundamental dəyərləri bölüşməsi nəzərə alınarsa, bu, Azərbaycan xalqı üçün daha əlverişli olardı. Tramp müharibələrə başlamayan yeganə ABŞ Prezidentidir. Eyni zamanda, qısa müddətlik prezidentliyi dövründə bir sıra müharibələrə son qoyduğu da aydın şəkildə görünür. Biz onun, Cənubi Qafqazda - Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk. Beynəlxalq təhlükəsizliklə bağlı daha geniş məsələlərlə məşğul olmasına baxmayaraq, bölgəmizə də diqqət ayırıb. Əlbəttə, onun növbəti dəfə qələbə qazanması Azərbaycan üçün bir çox səbəblərdən sevindirici olardı. Təbii olaraq, arzulayırıq ki, Tramp başladığı işi sona çatdırsın və "Vaşinqton bataqlığını" tamamilə qurutsun".


Etiketlər:  Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ