Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərdar Tarkandan üzr istəyəcək

Sərdar Tarkandan üzr istəyəcək

Tarix: 27 Iyul 2025 22:50

Türkiyəli müğənni Sərdar Ortaç yaxın günlərdə həmkarı Tarkanla bağlı dediyi sözlərə görə üzr istəyəcəyini bildirib.

Sonxeber.net xəbər verir ki, bu barədə Sərdar Ortaç sosial media canlı yayımında danışıb. O qeyd edib ki, Tarkanı sevdiyini və onunla illərdir küsülü qalmaq istəmədiyini anlayıb. Müğənni əvvəlcə emosiyalarla hərəkət etdiyini, lakin sonradan bunun doğru olmadığını düşündüyünü etiraf edib.

"Əslində onu çox sevirəm. Biz eyni dövrün sənətçiləriyik, bir-birimizi həmişə dəstəkləməliyik. Tarkan istedadlı və uğurlu sənətçidir. Mən də ona qarşı dediyim sözlərə görə peşmanam və üzr istəyəcəm," - deyə Ortaç bildirib.

Qeyd edək ki, Sərdar Ortaç bir müddət əvvəl Tarkanın musiqi fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirmiş, bu isə normal qarşılanmamışdı.


Etiketlər:  Sərdar Tarkandan üzr istəyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ