Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlunun vəfatından öncə yazdığı məktubu ÜZƏ ÇIXARDI - FOTO

Oğlunun vəfatından öncə yazdığı məktubu ÜZƏ ÇIXARDI - FOTO

Tarix: 28 Iyul 2025 18:00

Müğənni İbrahim Borçalı dünyasını dəyişən oğlu Rəhimin vəfatından əvvəl yazdığı məktubu üzə çıxarıb.

Sonxeber.net xəbər verir ki, o bu barədə paylaşımında qızının illər sonra ortaya çıxardığı məktubun oğlu Rəhimin anası Zöhrə xanıma yazdığını bildirib:

"Bu məktub illər əvvəl oğlumun anasına ad günü üçün yazdığı məktubdur. Uşaq ürəyi ilə, saf duyğularla... Həmin məktubu qızım 5 il boyunca gizlədib, verməyə cəsarət etməmişdi. Bu il isə istəyini yerinə yetirib ad günündə qardaşının səsini yenidən bizə yaşatdı. Bunu bu gün bizimlə bölüşərək göz yaşları ilə olsa da, bizi çox sevindirdin. Qürur duyuram səninlə, qızım. Oğlum, nur içində yat. Sözlərin bu gün bizi sənə yaxınlaşdırdı".

Xatırladaq ki, İbrahim Borçalının oğlu bir neçə il əvvəl dəhşətli avtomobil qəzasında vəfat edib.

Musa


Etiketlər:  Oğlunun vəfatından öncə yazdığı məktubu ÜZƏ ÇIXARDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ