Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2025 09:04
Avropa klubları yeni mövsümə hazırlıq çərçivəsində yoldaşlıq görüşləri keçirir.
Sonxeber.net xəbər verir ki, matçların birində Türkiyə "Qalatasaray"ı ilə İtaliya "Latsio"su qarşılaşıblar.
İstanbulda keçirilən görüş 2:2 bərabərliklə nəticələnib.
"Cim-bom"dan Torreyra (10, 75) dubla imza atıb. Qonaqlardan isə Sançes (33, avtoqol) və Dzakkanyi (45+2) oyunda qolla yadda qalıblar.
Hüseyn