Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2025 23:20
Teleaparıcı Rövşanə Ağasəfqız Baku TV-nin "Qapqara" verilişinin qonağı olub.
O, gender bərabərliyindən, kişi-qadın münasibətlərində yaşanan problemlərdən danışıb, eləcə də qadınların estetik əməliyyatla bir-birlərinə bənzəməsinə, brend geyim göstərişinə münasibət bildirib.
"Qadın tənha olanda diqqət cəlb etmək üçün hər yola əl atır" deyən aparıcı xanımların özlərini inkişaf etdirmək əvəzinə gözəlləşməyə daha çox pul xərclədiklərini söyləyib.
Qadının uğurlu olmasından da bəhs edən R.Ağasəfqızı bunun kişilərin çoxunda narahatlıq doğurduğunu və onların özlərini zəif hiss etdiklərini vurğulayıb.