Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2025 04:06
Son illər qazlı içkilərin uşaqlara verilməsi geniş vüsət alıb.
Qazlı içkiləri böyüklərin qəbul etməsi tövsiyə olunmadığı halda, uşaqlara verilməsi gələcəkdə bir çox fəsadlar yaradacaq.
Bəs qazlı və kola kimi içkiləri uşaqların orqanizmində hansı fəsadları törədir?
Sonxeber.net-ın məlumatına görə, pediatr Mətanət Əliyevə deyib ki, qazlı içkilər orqanizm üçün çox zərərlidir. Onların tərkibindəki fosfat dərinin erkən yaşlanmasına səbəb olur: "İnfarkt riskini artırır, beyinin fəaliyyətinə mane olur, xərçəng xəstəliyi, diabet yaradır, mədə divarını zədələyir. Qazlı içkilər siqaret qədər orqanizmə zərər verir. Bu qədər xəstəliyi yaradan içkinin uşaqlara necə təsir etdiyini bir də özünüz düşünün. Qazlı içkilərə rəng qatıldıqda isə xəstəlik riski daha da artır. Yemək yeməyən uşaq sürətlə arıqlayır, immuniteti aşağı düşür və xəstələnir".