Tarix: 12 Dekabr 2019 20:28
Xəbər verdiyimiz kimi, sabah - dekabrın 13-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. Qol.az xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı, “Qəbələ” Futbol Klubunun çətin durumu, AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə ounacaq.
Maraqlıdır ki, bu vacib toplantıdan sonra brifinq və mətbuat konfransının keçirilməsi nəzərdə tutulmayıb. Bu barədə AFFA-nın saytı xəbər yayıb.