Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Kolumbiya XİN arasında məktub mübadiləsi olub

Azərbaycan və Kolumbiya XİN arasında məktub mübadiləsi olub

Tarix: 13 Dekabr 2019 19:00

Bakı. Trend:

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Kolumbiya Xarici İşlər naziri Claudia Blum iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarov məktubda Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Claudia Blumu ürəkdən təbrik edib.

Elmar Məmmədyarov ötən 25 il ərzində dostluq və əməkdaşlıq əsasında qurulan münasibətlərin Azərbaycan ilə Kolumbiya arasında gələcək davamlı inkişafın əsasını təşkil etdiyini bildirib.

Daha sonra Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həlli istiqamətində Kolumbiyanın Azərbaycana göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür etdi. Bu xüsusda, Kolumbiya Senatı tərəfindən 2018-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarında dərhal və qeyd-şərtsiz çıxarılmasını əks etdirən qətnamənin qəbul olunmasını xüsusi vurğulandı. Nazir, beynəlxalq ictimaiyyətin birgə mövqeyi nəticəsində münaqişənin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirdi.

Sonda, Nazir Elmar Məmmədyarov Azərbaycanın Klolumbiya ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxundu. Ortaq dəyərlər və qarşılıqlı maraq əsasında, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və Sakit Okean İttifaqında fəaliyyəti çərçivəsində mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı naminə birgə səylərin əsirgənməyəcəyindən əmin olduğunu qeyd etdi.

Kolumbiyanın Xarici İşlər naziri Claudia Blum Elmar Məmmədyarova ünvanladığı məktubda 13 dekabr tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırdı.

Məktubda Azərbaycan-Kolumbiya arasında siyasi məsləhətləşmələrə toxunuldu, və Kolumbiyanın Azərbaycana birinci səfirinin təyin edilməsi ilə bağlı qərarı xüsusi qeyd olundu.

Bununla yanaşı, Azərbaycan və Kolumbiyanın beynəlxalq xarakterli vacib məsələlərdə eyni mövqedən çıxış etməsi, təhlükəsizlik, sabitlik və firavanlıq naminə birgə mübarizəsi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı qeyd olundu.

Daha sonra Kolumbiya Xarici İşlər naziri Claudia Blum məktubunda əməkdaşlıq, iqtisadi əlaqələrin dərinləşdirilməsi və xalqlarımız arasında dostluq münasibərlərinin daha da möhkəmləndirilməsi naminə birgə gələcək səylərin göstərilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırdı.

Azərbaycan ilə Kolumbiya arasında diplomatik əlaqələr 13 dekabr 1994-cü ildə qurulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Kolumbiya XİN arasında məktub mübadiləsi olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ