Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının rəsmi mərasimində gözlənilməz ciddi səhv - Video

Çempionlar Liqasının rəsmi mərasimində gözlənilməz ciddi səhv - Video

Tarix: 11 Dekabr 2025 12:00

Çempionlar Liqasının 6-cı turunda baş verən maraqlı hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub. 

QOL.az xəbər verir ki, “Vilyarreal” – “Kopenhagen” qarşılaşmasının başlamazdan əvvəl təşkil olunan rəsmi mərasim zamanı ciddi texniki səhvə yol verilib.

“Estadio de la Cerámica” stadionunda ənənəvi olaraq Çempionlar Liqasının himni səslənməli olsa da, gözlənilmədən UEFA Avropa Liqasının musiqisi oxunub. Bu an həm futbolçular, həm də azarkeşlər arasında təəccüb yaradıb. Futbolçuların gülümsədiyi və bir-birinə baxaraq vəziyyəti zarafata saldığı görüntülər kameralara düşüb.

Qarşılaşmanın özü isə dramatik alınıb. “Kopenhagen” səfərdə “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib. 

Gərgin oyunla yanaşı, matçın əvvəlində yaşanan bu qarışıq an gecənin ən çox danışılan məqamlarından birinə çevrilib.


Etiketlər:  Çempionlar Liqasının rəsmi mərasimində gözlənilməz ciddi səhv Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ