Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emil Balayev “Tobol”dan gedir – erməni məşqçiyə görə

Emil Balayev “Tobol”dan gedir – erməni məşqçiyə görə

Tarix: 15 Dekabr 2019 14:50

Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması millimizin qapıçısı Emil Balayevin komandadakı gələcəyinə aydınlıq gətirib.

Qol.az sportinfo.az-a istinadən yazır ki, bu təyinat həmyerlimizin ürəyincə olmayıb. Erməni məşqçinin rəhbərliyi altında oynamaq istəməyən Emil komandadan getmək niyyətindədir. Onun yaxın günlərdə öz fikrini klub rəhbərliyinə çatdıracağı gözlənilir.

Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.

Qeyd edək ki, "Tobol" dünən Babayanla rəsmi müqavilə imzalandığını açıqlayıb.

 


Etiketlər:  Emil Balayev Toboldan gedir erməni məşqçiyə görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ