Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xanımın sevgilisini, yoxsa həyat yoldaşını seçdiyini deməyəcəyəm'' - Onun film seçimi

''Xanımın sevgilisini, yoxsa həyat yoldaşını seçdiyini deməyəcəyəm'' - Onun film seçimi

Tarix: 16 Dekabr 2019 07:36

Elnaz Əbluc: "Bir amerikalını sağ ola-ola basdırırlar və onun tabutdan çıxmaq uğrunda, yaşamaq naminə apardığı mübarizənin şahidi olursunuz"

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

Bəzən insanlardan boş vaxtlarında nə ilə məşğul olduğunu soruşanda, filmə baxdığını deyir. Film insanlara estetik zövq verən, onların dünyagörüşünü inkişaf etdirən ən gözəl vasitələrdəndir. Boş vaxtı olan şəxslər dostlardan baxmağa, zamanı xərcləməyə dəyən yaxşı filmlər haqda soruşurlar. Bu zaman çoxlu film məsləhət verənlər olur. Bu dəfə oxuculara rejissor Elnaz Əblucun məsləhət gördüyü filmləri təqdim edirik.
 
Müsahibimizin ilk seçimi real hadisələr əsasında çəkilən"Qudzonda möcüzə" filmi oldu: "Filmin rejissoru Klint İstvuddur, baş rollardan birini isə məşhur aktyor Tom Henks oynayır. Kino real hadisələri əks etdirdiyi üçün daha çox bəyəndim. Filmdə təyyarə qəzasından və ondan sonra yaşananlardan bəhs edilir. Məşhur aktyor təyyarənin pilotu rolunu canlandırır. Qəza vəziyyəti yarandığı üçün o, məcburən təyyarəni Qudzon çayına endirir. O vəziyyətdə təyyarədə kiminsə sağ qalması mümkün deyildi. Lakin möcüzə nəticəsində 155 nəfər sərnişinin hamısı sağ qalır. Baxmayaraq ki, pilotun bu hərəkətini media və cəmiyyət alqışlayır, amma ona qarşı məhkəmə işi açılır və hadisələr bu istiqamətdə davam edir".
 
2-ci film isə "Diri-diri basdırılmış" adlanır. Kino, sadəcə bir məkanda, yəni tabutda baş verir: "Təsəvvür edin ki, film boyu yerə basdırılmış tabutda gedən prosesləri izləyirsiniz. Bir amerikalını sağ ola-ola basdırırlar və onun tabutdan çıxmaq uğrunda, yaşamaq naminə apardığı mübarizənin şahidi olursunuz. Filmin rejissoru Rodriqo Kortesdir. Baş rolda da Ryan Reynolds oynayır. Bu kinoya baxanda böyük zövq aldım. Film bir aktyorun oyunu üzərində qurulub. Gənclərə məsləhət görərdim ki, bu filmi mütləq izləsinlər, çox təsirlidir. İzlədikcə, sanki qəhrəmanın yaşadığı hisslərin eynisini keçirirdim". 


Etiketlər:  Xanımın sevgilisini yoxsa həyat yoldaşını seçdiyini deməyəcəyəm Onun film seçimi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ