Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Tarix: 16 Dekabr 2019 09:40

Bakı. Trend:

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb.

Trend-in məlumatına görə, bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri qabaqlayıb.

"U.S.News" jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb.

Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir.

Həmçinin siyahıda Litva, Slovakiya, Sloveniya, Latviya, Estoniya ölkələri var.

Siyahı Ümumi Daxili Məhsul, əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunub.


Etiketlər:  Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ