Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saxta nömrəli avtomobili qovalayan polislər qəzaya düşdülər: 2-si polis, 3 nəfər xəsarət aldı - FOTO

Saxta nömrəli avtomobili qovalayan polislər qəzaya düşdülər: 2-si polis, 3 nəfər xəsarət aldı - FOTO

Tarix: 16 Dekabr 2019 09:54

Türkiyənin Kırıkkale vilayətində "Dayan" əmrinə tabe olmayan sürücünün avtomobilini qovalayan Yol Polisi Xidmətinin əməkdaşları qəzaya düşüblər.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Kırıkkale - Kayseri avtomagistralında qeydə alınıb.

Məlumata görə, gecə reydi aparan yol polisləri Qadir Ərdəm və Mücahit Qanca, saxta qeydiyyat nömrə nişanlı olduğu müəyyən edilən avtomobili saxlamaq istəyiblər.

Ancaq polisin "Dayan" əmrinə tabe olmayan şəxsiyyəti naməlum sürücü, avtomobillə Kaysrei istiqamətinə qaçmağa başlayıb.

Asayiş keşikçiləri də 71 A 5444 qeydiyyat nömrə nişanlı avtomobili təqib ediblər. Şübhəlini təxminən 30 dəqiqə qovalayan polislərin olduğu maşın, yolun əks istiqamətində hərəkətdə olan Adəm Göçmənin idarə etdiyi 35 AH 9432 qeydiyyat nömrə nişanlı minik avtomobillə toqquşub.


Etiketlər:  Saxta nömrəli avtomobili qovalayan polislər qəzaya düşdülər 2 si polis 3 nəfər xəsarət aldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ