Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyalı milyonçu lüks hotelin qarşısında öldürüldü - FOTO

Britaniyalı milyonçu lüks hotelin qarşısında öldürüldü -  FOTO

Tarix: 16 Dekabr 2019 13:54

Argentinaya turizm məqsədilə gedən britaniyalı milyonçu Metyu Çarlz Gibbard və ögey oğlu Stefan Coşua Zone Buenos-Ayresdə beşulduzlu "Faena Hotel"in qarşısında silahlı soyğuna məruz qalıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, soyğun məqsədli hücum zamanı açılan atəş nəticəsində 50 yaşlı Gibbard həlak olub, ögey oğlu 28 yaşlı Zone ayağından yaralanıb. Hadisənin görüntüləri şəhərin ən təhlükəsiz bölgələrindən biri sayılan Puerto Madero küçəsindəki kamera tərəfindən qeydə alınıb.

Qeyd edilir ki, Londonun şimalında yaşayan Gibbardın idarə etdiyi ailə şirkəti ötən il təqribən 20 milyon sterlinq gəlir əldə etmişdi.

Artıq baş verənlərlə bağlı iki şübhəli saxlanılıb.


Etiketlər:  Britaniyalı milyonçu lüks hotelin qarşısında öldürüldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ