Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 17:00
Rusiyanın “Rubin” klubu baş məşqçisi Roman Şaronovla yolla ayırıb.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məşqçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib. Şaronovla birlikdə onun köməkçiləri də komandadan ayrılıblar.
Şaronov bu ilin yayında Kurban Berdıyevin istefasından sonra “Rubin”i çalışdırırdı.
Qeyd edək ki, Kazan təmsilçisi hazırda 19 xalla 16 komanda arasında 13-cü pillədə qərarlaşıb.