Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Arsenal''da yeni müqavilə

''Arsenal''da yeni müqavilə

Tarix: 9 May 2019 18:32

"Arsenal" heyətini gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "topçular" ötən mövsüm Estoniya üçüncü liqa təmsilçisi "Nomme Yunayted"dən U-18 komandasına cəlb etdiyi Karl Heynlə peşəkar müqavilə bağlayıb. 17 yaşlı qolkiperin sözləşməsinin müddəti 2022-ci ilə qədərdir.

Qeyd edək ki, bu mövsüm "Arsenal"ın U-18 komandasının heyətində 6 oyun keçirən gənc qapıçı 9 qol buraxıb. O, yalnız bir oyunda qapısını toxunulmaz saxlayıb.

 


Etiketlər:  Arsenalda yeni müqavilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ