Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Səyyar kitabxana" Astaraya yola düşdü - FOTO

Tarix: 16 Dekabr 2019 18:20

Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Səyyar kitabxana VI" layihəsinin növbəti mərhələsinə start verildi və bununla da üstuörtülü yük maşini nazirliyin önündən Astara rayonuna yola düşdü.

Milli.Az bildirir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov və Gənclər və İdman nazirinin müavini İntiqam Babayev iştirak edirdilər.

Gənclər və İdman naziri Azad Rəhimov "Səyyar kitabxana"ya ümumi baxış keçirib, oradakı kitabxananın vəziyyəti ilə tanış oldu.

"Səyyar kitabxana" layihəsinin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasıdır.


Etiketlər:  Səyyar kitabxana Astaraya yola düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ