Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 19:24
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti səyyar xidmət 8 şəhər və rayonda davam etdirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Mərkəz tərəfindən daha 183 nəfər əlilliyi olan şəxsə reabilitasiya vasitələri yaşadıqları bölgələrə - Şirvan şəhərinə, Ağsu, Kürdəmir, Hacıqabul, Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarına aparılaraq təqdim edilib.
Onlara 28 əlil arabası, 6 aşağı ətraf protezi və ortezi, 242 cüt ortopedik və protez üçün ayaqqabı, 91 cüt dirsəkaltı və qoltuqaltı ağac, 98 əsa, 415 güdül üçün corab, 49 ədəd dizlik və s. təqdim edilib. Həmin şəxslər ümumilikdə 967reabilitasiya vasitəsi ilə təmin olunublar.
Сari ildə ölkəmizin bütün rayon və şəhərlərində bu cür səyyar xidmətlər təşkil edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin