Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2019 20:24
Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanunu imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Maddə 1. Büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400,0 manat, xərcləri 128 235 400,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2020-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
|
1. |
İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: |
111 869 600,00 |
1.1. |
büdcədən maliyyələşən təşkilatlar üzrə |
17 834 800,0 |
1.2. |
büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
17 834 800,0 |
1.3. |
qeyri-büdcə sektoru üzrə |
76 200 000,00 |
2. |
Sair gəlirlər |
30 000,00 |
3. |
2019-cu ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti |
16 335 800,0 |
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
|
1. |
İşsizliyə görə sığorta ödənişləri |
5 000 000,00 |
2. |
Peşə hazırlığı və əlavə təhsilin təşkili |
5 000 000,00 |
3. |
Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi |
2 000 000,00 |
4. |
Əmək yarmarkalarının, əmək birjalarının təşkili |
500 000,00 |
5. |
Haqqı ödənilən ictimai işlərin təşkili |
2 000 000,00 |
6. |
Özünüməşğulluq tədbirlərinin təşkili |
63 735 400,00 |
7. |
Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi |
3 000 000,00 |
8. |
Peşə standartlarının hazırlanması |
2 000 000,00 |
9. |
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri |
43 000 000,00 |
10. |
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi |
1 000 000,00 |
11. |
Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri |
1 000 000,00 |
Maddə 4. Qalıqlardan istifadə
İlin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.