Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koçaryanın məhkəməsinin vaxtı yenə dəyişdi

Koçaryanın məhkəməsinin vaxtı yenə dəyişdi

Tarix: 16 Dekabr 2019 21:56

Ermənistanın keçmiş Prezidenti Robert Koçaryanın işi üzrə Apellyasiya məhkəməsinin tarixi dekabrın 18-nə keçirilib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda məhkəmə hakimi Lusine Abqaryan bildirib.

Apellyasiya məhkəməsi bu gün Koçaryanın müdafiə tərəfinin Yerevanın birinci instansiya məhkəməsinin sabiq prezidentin girov müqabilində azad olunmasından imtina etməsi ilə bağlı şikayətinə baxıb. Vəkillər hakimin obyektivliyi şübhəsi ilə vəsatət qaldırıblar. Prokurorluq isə bu tələblə razılaşmayıb.

"Məhkəmə dekabrn 18-də yayımlanacaq vəsatətə dair qərar qəbul etmək üçün müşavirə otağına gedir", - deyə hakim bildirib.


Etiketlər:  Koçaryanın məhkəməsinin vaxtı yenə dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ