Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Trampın müşaviri yanvar ayında İngiltərəyə səfər edəcək

Trampın müşaviri yanvar ayında İngiltərəyə səfər edəcək

Tarix: 17 Dekabr 2019 06:11

Bakı. Trend:

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou ticari və iqtisadi məsələlərə dair danışıqlar aparmaq üçün 2020-ci ilin yanvar ayının əvvəlində İngiltərəyə səfər etmək niyyətindədir.

Trend-in məlumatına görə, L.Kadlou ABŞ və İngiltərə nümayəndələrinin "ticarət də daxil olmaqla bir çox məsələləri" müzakirə etməklərini planlaşdırdığlarını bildirib və əlavə edib ki, Amerika tərəfindən mümkün ticari sövdələşməsi üzərində işlər yaxın gələcəkdə başlamalıdır.

Səfər zamanı müşaviri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Met Pottinger müşayiət edəcəyi bildirilir.

Daha əvvəl iki ölkənin liderləri Birləşmiş Krallığın Aİ-dan çıxmasından sonra sərbəst ticari sazişini imzalanması niyyətlərini dəfələrlə bəyan etmişdilər. Britaniyadakı 12 dekabr parlament seçkilərindən sonra ABŞ Prezidenti Donald Tramp, Baş nazir Boris Consonun Mühafizəkarlar Partiyasının qələbəsinin iki ölkə arasında belə bir razılaşma bağlamasına imkan verəcəyini demişdir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Trampın müşaviri yanvar ayında İngiltərəyə səfər edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ