Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 09:00
Ən tanınmış həkim-diyetoloqlar heç bir şəraitdə yeməyəcəkləri məhsulları açıqlayıb. Bu barədə "Everyday Health" nəşri yazıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən həmin mütəxəssislərin fikirlərini təqdim edir:
Kolbasa, sosiska, bekon
Diyetoloq Bonni Taub-Diks deyib ki, heç vaxt emal olunmuş ət yeməyəcək. O, bunun səbəbini belə izah edib:
"Tədqiqatlara əsasən, yüksək miqdarda emal olunmuş ətlə (bekon və kolbasa) zəngin pəhrizlər xərçəng və ya ürək-damar xəstəliklərindən ölüm riskini artıra bilər".
Şirin kofeli içkilər
"Kofe verilən məkanlarda bu qeyri-adi qarışıq içkilərin tərkibində 400-dək kalori və 15 çay qaşığı şəkər ola bilər!", - diyetoloq Coanna Sakimura deyib.
Amerika Kardiologiya Assosiasiyası gün ərzində kişilər üçün 6 çay qaşığı və ya 100 kaloridən çox, qadınlar üçün isə 9 çay qaşığı və ya 150 kaloridən çox əlavə olunmuş şəkər qəbul etməyi məsləhət görmür.