Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 11:38
Bakı. Elçin Mehdiyev – Trend:
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
Trend-in məlumatına görə, C.Qurbanov mətbuat konfransında bildirib ki, Bakıda tramvay xətlərinin bərpa edilməsi bir az çətindir:
“Vaxtında Bakıda tramvay xətlərini söküblər. Onun yerinə xətlər tikmək bir az çətindir. Ancaq bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Baxaq, görək nə olar. Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə, həm də Əhmədli, Nasoslu, Maştağa tərəfə xətlər çəkilə bilər”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin