Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nigarın qızı “Tottenhem”də deyil, “Çelsi”də oynamaq istəyir

Nigarın qızı “Tottenhem”də deyil, “Çelsi”də oynamaq istəyir

Tarix: 17 Dekabr 2019 18:20

"Eurovision 2011"in qalibi Nigar Camal qızı Jasmini "Tottenhem" futbol klubunun qızlardan ibarət komandasında yer alması barədə yazılan məlumatlara münasibət bildirib. 

Sonxeber.net xəbər verir ki, sənətçi "Qafqazinfo"ya açıqlamasında 14 yaşlı qızının peşəkar futbolla məşğul olduğunu, Jasminin sözügedən komandanın üzvü olmadığını qeyd edib. 

Nigar vurğulayıb ki, Jasminin hədəfi "Çelsi"dir:  "Qızım çalışır ki, "Çelsi"nin qız komandasına qəbul olunsun. "Tottenham"da oynamır. Bütün oyunlarına gedir. İngiltərədə hər məktəbdə belə dərslər keçilir. Amma qızım məktəbdə deyil, peşəkar komanda ilə çalışır. Burada hamı futbolun dəlisidir".


Etiketlər:  Nigarın qızı Tottenhemdə deyil Çelsidə oynamaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ