Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 18:50
İtaliya Futbol Federasiyasının irqçiliyə qarşı mübarizə üçün başlatdığı kampaniyada meymun şəkillərindən istifadə etməsi narazılığa səbəb olub.
Sonxeber.net qol.az-na istinadən xəbər verir ki, rəssam Simone Fuqazzottenin hazırladığı və üç meymun şəklindən istifadə olunduğu "İrçiliyə yox" adlı posterlər A seriyasının matçlarının oynanıldığı stadionlara asılıb. Rəssam bu şəkillə məqsədinin insanlarla meymun arasında bir fərq olmadığını göstərmək olduğu bildirib: "Hamımız meymundan yaranmışıq. Əslində burada demək istədiyim insanların bərabər olmasıdır".
Ancaq bu, A seriyası klubları tərəfindən müsbət qarşılanmayıb. Onlar irqçiliyə qarşı mübarizədə meymun şəklindən istifadəni düzgün hesab etməyiblər.
"Milan" klubu bununla bağlı yaydığı açıqlamada bildirib: "Sənət güclü ola bilər, ancaq irqçiliyə qarşı mübarizədə meymun şəkillərindən istifadəyə qarşı çıxırıq. Bu məsələdə bizimlə niyə danışılmadığına təəccüblənirik".