Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdırılacaq

Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdırılacaq

Tarix: 17 Dekabr 2019 21:52

Android əməliyyat sisteminin mütəmadi yenilənmələri smartfonun təhlükəsizliyini yaxşılaşdırır və bir çox hallarda Android-ə yeni funksiyalar əlavə edir. Lakin çox zaman həmin yenilənmələrin reallaşdırılması üçün istifadəçinin iştirakı tələb olunur. Belə ki, əməliyyat sisteminin yenilənməsi üçün istifadəçi smartfonu blokdan çıxartmalı və yenilənməni təsdiqləməlidir. Yaxın zamanda isə bu vəziyyət dəyişə bilər. Belə ki, Android-in yeni funksiyası smartfonlarda yenilənmələrin yüklənməsi prosesini avtomatlaşdırmağa imkan verəcək. Bu barədə 9to5google saytı xəbər verib.

Milli.Az technote.az-a istinadən bildirir ki, adətən Android smartfonların yenilənməsi zamanı əməliyyat sistemi smartfon sisteminə inteqrasiya edilmiş Dalvik adlı virtual hissənin keşini təmizləyir. Daha sonra isə sistem onu bərpa edir ki, smartfonda olan tətbiqlər düzgün şəkildə çalışa bilsinlər. Yenilənmə zamanı isə yeni faylların yüklənməsi istifadəçiyə sərgilənir. Smartfonun hər dəfə yenidən avtomatik şəkildə işə salınması halında təhlükəsizliyin qorunması üçün istifadəçidən PIN kodun yazılması və ya biometrik identifikasiyadan keçməsi tələb olunur.

Bu problemi isə Android Open Source Project layihəsində olan Resume on Reboot adlı funksiya ilə aradan qaldırmaq planlaşdırılır. Bu funksiya sayəsində əməliyyat sisteminin yenilənməsini, smartfonun təkrar işə salınmasını və istifadəçinin iştirakı olmadan smartfonun blokdan çıxarılmasını reallaşdırmaq olar. Bu halda Android istifadəçinin PIN kodunu və ya biometrik identifikasiya məlumatını bir neçə müddətlik yaddaşında saxlayacaq və yenilənmələr paketinin quraşdırılması zamanı smartfonun blokdan çıxarılması üçün onlardan istifadə edəcək.


Etiketlər:  Android yenilənmələri istifadəçinin iştirakı olmadan avtomatik şəkildə reallaşdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ