Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 11:10
Xalq artisti Röya Ayxan bir müddətdir sosial şəbəkələrdə gündəm olan 77 yaşlı Əsmər Cəfərova ilə görüşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi dünən komandası ilə birgə Qazaxın Quşçu Ayrım kəndinə gedib, bu gün Ə. Cəfərova ilə bir araya gəlib.
R. Ayxan mətbuata yaydığı açıqlamada evin təmirini öz üzərinə götürdüyünü qeyd edib: "Mərdcəsinə kömək istəyən insanlardan xoşum gəlir. Videonu izləyərkən qadının danışıqlarını sevdim, qərara aldım ki, onunla görüşüm. Təəssüratlarım böyük və gözəldir. Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri Qarabağ döyüşçüsü. Bizə düşən odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır. Gücüm çatan hər şeyi öhdəliyimə götürdüm.