Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 15:55
"Türkiyədə bütün verilişlərə çıxdım. Mehmet Ali Erbil 3 gün məndən xahiş etdi ki, verilişinə çıxım. Dedim siz şounu çox sevirsiniz, bizim müğənnilərimizi ələ salırsınız. Dedi ki, verilişimizə kim necə gəlir, onunla o cür rəftar edirik".
Sonxeber.net xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində Xalq artisti Nazpəri Dostəliyeva Türkiyədəki konsertindən bəhs edərkən deyib.
O, "İlhamə Quliyevanı bağışlayardınız" sualına isə belə cavab verib:
"Sağ olsaydı sözümü deyərdim. O dünyasını dəyişib. Bu gün mənim bircə sözüm var, Allah rəhmət eləsin. Amma nə boyda haqsızlıqlar yalanlar, şantajlar yazdırırdı ki, Allah da götürmədi...".