Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 17:24
"Əgər aldığı qonorarla ailəsini dolandırırsa, eybi yox, gündə neçə dəfə məni öldürsün. Təki vəziyyəti yaxşı olsun. Mənim dünyamı dəyişmə xəbərim ona reytinq, pul gətirirsə, etsin".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev "Şou ATV" verilişində deyib. Bir müddət əvvəl ölüm xəbəri yayılan müğənni bu haqda danışıb:
"Dedilər məhkəməyə ver. Mənim elə şəxsiyyətim yoxdur ki, düşüm məhkəmədə gəzim. Ölüm gözlə-qaş arasındadır. Zaman yetişibsə, öləcəyik. Amma yalan yazmaq düz deyildi. Heç olmasa zəng edərdilər, sonra yazardı.