Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşada hakimlərlə bağlı qanuna ediləcək dəyişikliklər ölkənin Avropa İttifaqından çıxarılması ilə nəticələnə bilər

Polşada hakimlərlə bağlı qanuna ediləcək dəyişikliklər ölkənin Avropa İttifaqından çıxarılması ilə nəticələnə bilər

Tarix: 18 Dekabr 2019 22:50

Polşa Ali Məhkəməsi hakimlərlə bağlı qanun layihəsinə olunacaq dəyişikliklərin ölkənin Avropa İttifaqından çıxarılması ilə nəticələnə biləcəyini iddia edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, rəsmi Brüssel Polşada məhkəmə sistemindəki islahatları ilk gündən xoş qarşılamayıb. Bu islahatlar insan haqlarının pozulması və hakimlərin azadlığının məhdudlaşdırılması kimi izah olunub. İqtidarda olan Hüquq və Ədalət Partiyasının qanun layihəsinə təklif etdiyi dəyişiklərdə nəzərdə tutulur ki, istənilən hakim siyasi fəaliyyəti və ya ölkə rəhbərliyi tərəfindən təyin olunan Milli Hakimlər Şurasının qərarlarını şübhə altına alacağı təqdirdə cəzalandırılacaq.

Bu təkliflər dekabrın 19-da yenidən müzakirəyə çıxarılacaq. İqtidar partiyası dəyişikliklərin korrupsiyaya qarşı mübarizə və hüquq sisteminin yenidən təşkil olunması ilə izah edir. Köhnə qaydaların sovet sistemindən qaldığı iddia olunur. Ali Məhkəmə isə partiyanın bu qərarlarının Avropa İttifaqı ölkələrindəki vahid qanunvericiliyə zidd olduğunu, bu addımların gələcəkdə Polşanın İttifaqı tərk etməsi kimi ağır nəticə verə biləcəyi ehtimalını irəli sürür.


Etiketlər:  Polşada hakimlərlə bağlı qanuna ediləcək dəyişikliklər ölkənin Avropa İttifaqından çıxarılması ilə nəticələnə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ